Azərbaycanda I Liqanın yaradılması nəzərdən keçirilir: “Komanda çoxdur”

11:55 Futzal 155
Azərbaycanda I Liqanın yaradılması nəzərdən keçirilir: “Komanda çoxdur”

Azərbaycan Minifutbol Federasiyası I Liqanın yaradılmasını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a qurumun baş katibi Orxan Hüseynov məlumat verib.

O, çempionatda çıxış etmək istəyən komandaların sayının çox olduğunu bildirib:

“Bunu nəzərə alaraq I Liqanı təşkil etmək istəyirik. Çünki yeni komandaları əsas liqaya buraxsaq, onlar rəqabətədavamlı mübarizə apara bilməyəcəklər”.

Azərbaycanda minifutbol üzrə milli çempionat 2018-ci ildən keçirilir. Həmin yarışda 32 komanda mübarizə aparıb. Hazırda minifutbol üzrə Azərbaycan çempionatında 16 komanda çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti