Azərbaycan futzal milli komandasının Bakıda təlim-məşq toplanışı olacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Martın 23-dən 26-dək davam edəcək hazırlıq prosesinə 18 futzalçı dəvət olunub.
Qapıçılar: Rövşən Hüseynli (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)
Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire), Pünhan Qasımov (U-19)

