Kubok oyununa çıxmayan komandaya texniki məğlubiyyət verildi

17 Fevral 03:20 Futzal 483
Kubok oyununa çıxmayan komandaya texniki məğlubiyyət verildi

"Yeni Suraxanı" futzal komandasına texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna səbəb komandanın ölkə kubokunun 1/8 final mərhələsində Azərbaycanın U-19 komandası ilə görüşdə təyin olunan vaxtda meydanda olmamasıdır.

Qarşılaşma baş tutmadığı üçün "Yeni Suraxanı"ya 0:5 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti