Azərbaycanlı bu ölkənin millisinin baş məşqçi vəzifəsinə namizəddir - FOTO

01:20 Futzal 180
Azərbaycanlı bu ölkənin millisinin baş məşqçi vəzifəsinə namizəddir - FOTO

Azərbaycan millisinin keçmiş üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan həmyerlimiz bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.

Belə ki, skandinaviyalılar E. Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.

Elvin Quliyev “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” futzal klublarının formasını geyinib,

Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib.

Azərbaycan millisinin sabiq üzvü Finlandiya yığmasından təklif aldı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!