Azərbaycanın FİFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının final mərhələsində daha bir oyunda iş başında olub.
Sportinfo.az xəbər verir ki, həmyerlimiz B qrupunda keçirilən Ukrayna - Litva oyununun birinci hakimi olub.
H.Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək ediblər.
Kaunasdakı “Jalgiris Arena”da keçirilən matçda Ukrayna yığması 4:1 hesablı qələbə qazanıb.
FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan-Ukrayna görüşünə olmuşdu.
Timekeeper kimi iş başında olan H.Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxıb.



