Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, yeni ildə ilk matçına çıxan komandamız Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib.
Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb.
Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb.
Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib və hesabı xeyrinə dəyişib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb.
Beləliklə ilk oyunda qələbəni (1:4) Danimarka futzalçıları qazanıb. Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycan – Danimarka (0:1) 1:4
Yoldaşlıq oyunu
Qollar: Nihad İsmayılov, 26:25 // Rasmus Philipsen, 4:55, Kasper Rasmussen, 31:10, Hans Riken, 36:32, Niklas Fuchs-Kristiansen, 39:46

