“İndi bunu komandadan istəmək çətindir, amma inanmaq lazımdır"

03:30 Futzal 57
“İndi bunu komandadan istəmək çətindir, amma inanmaq lazımdır"

"Azərbaycanın futzal millisinin əsas hədəfi öz dəst-xəttinə uyğun oyun nümayiş etdirməkdir".

Sportinfo.az xəbər verir ki, bunu yığmanın oyunçusu Tofiq Mikayılov deyib.

O, komandadakı dəyişiklikləri və gənc oyunçuların potensialını yüksək qiymətləndirib:

"Dünəndən komanda şəklində hazırlığa başlamışıq. Yeni məşqçinin öz dəst-xətti və taktikası var, komandada demək olar ki, hər şey dəyişib. Heyətin 90 faizi gənclərdən ibarətdir və onlar çox istedadlı uşaqlardır. Cəmi bir neçə nəfər təcrübəli futzalçı var. Baş məşqçinin əsas taşırığı onun dəst-xəttinə uyğun oyun nümayiş etdirməkdir".

T.Mikayılov heyətdəki dəyişikliklərə münasibət bildirib:

"Uzun illər legionerlərə üstünlük verildiyi üçün gənclərin beynəlxalq təcrübəsi azdır. Lakin daha çox turnirlərdə iştirak etməklə bu boşluğu doldura bilərlər. Heyətdə perspektivli futzalçılar çoxdur. Yoldaşlıq görüşlərində əsas məqsəd nəticədən asılı olmayaraq, məşqçinin istədiyi oyun üslubunu mənimsəmək və öz meydanımızda qələbə qazanmaqdır. Gələcək hədəfimiz isə dünya və Avropa çempionatlarında uğurla çıxış etməkdir. Düzdür, indi bunu komandadan istəmək çətindir. Amma uşaqlara inanmaq lazımdır".

Futzalçı Danimarka yığması ilə yoldaşlıq görüşlərinə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"Danimarka ilə oyunlara ciddi hazırlaşırıq, hər gün təhlillər aparırıq. Meydançaya qələbə üçün çıxacağıq".

Azərbaycan və Danimarka milliləri arasında yoldaşlıq oyunları yanvarın 22-si və 24-də Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR