Millimiz Danimarka ilə oyunlara bu heyətlə çıxacaq - SİYAHI

02:20 Futzal 48
Millimiz Danimarka ilə oyunlara bu heyətlə çıxacaq - SİYAHI

Yanvarın 18-dən 24-dək Bakıda Azərbaycan futzal millisinin təlim-məşq toplanışı olacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviç hazırlıq prosesinə 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı dəvət edib.

Millimiz toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi "Araz-Naxçıvan"), Cavad Məmmədov ("Baku Fire"), Kamran Hacıyev ("Neftçi" İK)

Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı "Baku Fire"), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı "Neftçi" İK)

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!