Azərbaycan komandası braziliyalı müdafiəçini sıralarına qatdı

6 Yanvar 22:40 Futzal 1 135
Azərbaycan komandası braziliyalı müdafiəçini sıralarına qatdı

Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarına başlayıb.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, “qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb.

Son klubu Polşada “Darkomp Vilanov” olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.

“Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar