Yüksək Liqada 10-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, tur çərçivəsində turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar üz-üzə gəlib.
Debütant və hələ də xalsız olan “Lənkəran” U-19 yığması ilə qarşılaşıb. Gənclər millisi fasiləyədək vurduğu qollarla oyunun taleyini əvvəlcədən həll edib.
Lider “Neftçi” ilə ən yaxın izləyicisi “Araz-Naxçıvan” arasında baş tutan qarşılaşma “Araz-Naxçıvan”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasındakı ilk dövrə duelində “Neftçi” 5:4 hesablı qələbə qazanmışdı.
“İlk üçlüy”ü tamamlayan “Baku Fire” isə onu yaxından izləyən “Şuşa” üzərində inamlı qələbə qazanıb.
U-19 – "Lənkəran" (6:1) 8:4
Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov
Qollar: İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 // Ömər Kərimli, 3:26 ö/q, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44
"Neftçi" İK – "Araz-Naxçıvan" (1:2) 4:5
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov
Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Maiolli, 30:51, İaqo Hernique, 38:28 // Kamran Hacıyev, 0:43 ö/q, Luicci Lonqo, 19:30, Karlos Bertuola, 24:57, 26:32, 37:58
17:30. Şuşa – "Baku Fire" (0:4) 2:6
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov
Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 // Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov,17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28

Bombardirlər:
Luicci Longo ("Araz-Naxçıvan") - 21 qol
Rüstəm Bağırov ("Şuşa") -18 qol
İaqo Henrique ("Neftçi" İK) - 16 qol

