Yığmamız DÇ-2028-də mübarizəyə hansı başlayacaq?

19:20 Futzal 126
Yığmamız DÇ-2028-də mübarizəyə hansı başlayacaq?

2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə gələn ilin aprelində start veriləcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 12-də isə ilkin mərhələnin püşkü atılacaq.

Azərbaycan millisi yenə mübarizəyə əsas mərhələdən başlayacaq. B

elə ki, komandamız UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması millimizə mübarizəyə əsas mərhələdən başlayacaq 24 iştirakçıdan biri olmaq şansı yaradıb.

Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. Əgər 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri evsahibliyi etmək hüququ qazanarsa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.

5 mərhələli seçim

Avropa zonası üzrə seçimlər 5 mərhələdən ibarət olacaq: İlkin mərhələ (hər qrupda 4 komanda və oyunlar qrupda yer alan ölkələrdən birində keçiriləcək), Əsas mərhələnin qrup oyunları (burada oyunlar ev-səfər prinsipi ilə keçiriləcək), Əsas mərhələnin pley-off oyunları (ev-səfər prinsipi ilə keçirləcək oyunların qalibi davam etmək hüququ qazanacaq), Elit-raundun qrup mərhələsi (qrupda yer alan komandalar ev-səfər şərti ilə qarşılaşacaqlar), Elit-raundun pley-off oyunları (son 1 və ya 2 vəsiqənin sahibini müəyyənləşdirmək üçün ev-səfər prinsipi ilə keçiriləcək oyunların qalibi).

Püşkatma və oyunların keçirilmə təqvimi:

İlkin mərhələnin püşkatma mərasimi: 12 dekabr 2025

İlkin mərhələnin oyunları: 6-15 aprel 2026

Əsas mərhələnin qrup oyunlarının püşkatması: 19 may 2026

Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027

Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027

Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027
Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027

Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028
Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

UEFA zonası üzrə seçmə mərhələnin formatı

İlkin mərhələ

Bu mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Oyunlar qrupda yer alan ölkələrdən birində mini-turnir formatında keçiriləcək. Onlardan qrup qalibi və bir və ya bir neçə ən yaxşı göstəriciyə malik 2-ci yeri tutmuş komanda əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ

İlkin mərhələdən 12 komandanın əsas mərhələyə vəsiqə qazanmasından sonra ümumi iştirakçıların sayı 36 olacaq. Burada komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə sahib olacaq 2-ci yeri tutan 4 milli Elit-raunda birbaşa yüksələcək. Yerdə qalan 8 qrup ikincisi pley-off oyunlarında iştirak edəcək. Püşkatmadan sonra cütlərin qalibi olacaq 4 milli də Elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin həm qrup, həm də pley-off oyunları ev-səfər prinsipi ilə keçiriləcək.

Əsas mərhələdən mübarizəyə başlayacaq 24 komanda: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Sloveniya, Çexiya, Polşa, Niderland, Ermənistan, Gürcüstan, Belarus, Slovakiya, Finlandiya, Belçika, Serbiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, AZƏRBAYCAN

Elit-raund

Burada 20 komanda hər birində 4 yığma olmaqla 5 qrupa bölünəcək. Yekunda 5 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri arasında 4 ən yaxşı nəticəsi olan komanda pley-offda gücünü sınayacaq və onlardan 2-si final mərhələsində oynamaq hüququ qazanacaq. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, bu zaman pley-offda 4 yox, 2 ən yaxşı nətisəi olan qrup ikincisi iştirak edəcək və 1 komanda həlledici mərhələyə yüksələcək. Əsas mərhələdə olduğu kimi, burada da bütün oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti