Çempionumuzun ÇL-in əsas mərhələsindəki rəqibləri bəlli oldu

1 Sentyabr 2025 03:20 Futzal 833
Çempionumuzun ÇL-in əsas mərhələsindəki rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 7-ci qrupda yer alacaq Azərbaycan çempionu "Yunayted Qalati" (Rumıniya), "Differdanj 03" (Lüksemburq) və "Taigers Roermand" (Niderland) klubları ilə mübarizə aparacaq.

"Araz-Naxçıvan" F qrupunda Şimali İrlandiyanın "Sparta Belfast" klubuna 9:1, Şotlandiya "PYF Saltires"inə 7:2, Avstriya "Ljuti Krajişniçi "nə 12:3 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları oktyabrın 26-dan noyabrın 2-dək təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA