
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avstriyada keçirlən qrup oyununda “Sparta Belfast” ilə qarşılaşıb.
Görüş naxçıvanlıların 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
"Araz-Naxçıvan" sabah Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə yerli "Ljuti Krajişniçi" klubu ilə üz-üzə gələcək
"Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya) - 9:1
Qollar: Alleks Rezende, 2:35, 31:03, Ülvi Əliyev, 3:53, 33:21, Karlos Bertuola, 10:30, 18:34, 30:10, Aleks Teyxeyra, 11:10, Jean Perruzo, 37:04 - Con Gibson, 21:55
Linz. NMS İdman Sarayı.