Azərbaycan klubu braziliyalı legioneri sıralarına qatdı - 1 İL

08:50 Futzal 174
Azərbaycan klubu braziliyalı legioneri sıralarına qatdı - 1 İL

Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini yeni oyunçu ilə gücləndirib.

Bu haqda Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

“Araz-Naxçıvan” braziliyalı Aleksanderson Teixeira Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanda - “Jetisu”da keçirib.

“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq.

Avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın “PYF Saltires”, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları rəqib olacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”