Millimizin qapıçısı keçmiş klubuna döndü - 1 illik razılıq

11:40 Futzal 179
Millimizin qapıçısı keçmiş klubuna döndü - 1 illik razılıq

Futzal millimizin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı qolkiper sabiq komandası "Araz-Naxçıvan"a keçib.

Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Onunla 1 illik razılıq əldə olunub.

Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanın "Astana" komandasından ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının F qrupunda "Lyuti Krayişnitsi" (Avstriya), "PYF Saltires" (Şotlandiya) və "Sparta" (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq.

Oyunlar 26-31 avqustda Avstriyanın Lins şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti