Bu komandalar Azərbaycan çempionuna rəqib oldu – ÇL-də

00:50 Futzal 95
Bu komandalar Azərbaycan çempionuna rəqib oldu – ÇL-də

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.

Naxçıvan klubu F qrupunda Ljuti Krajişniç (Avstriya), PYF Saltires (Şotlandiya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.

İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaq.

Onlar B yolundakı qruplara səpələnəcək. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlə mübarizəni davam etdirmək hüququ qazanacaq.

Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.

Cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Belə ki, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər.

B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək.

Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də dekabrın 5-də keçiriləcək.

Təmsilçimiz bu mərhələyə yüksəlsə, 7-ci qrupda Yunayted Qalati (Rumıniya), Differdanje 03 (Lüksemburq) və B qrupunun qalibi (Tiger Roermand (Niderland), Bajo Pivljanin (Monteneqro), Vllaznia (Albaniya) və İsbjorninn (İslandiya) ilə qarşılaşacaq.

1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar 1/4 finalda rəqib olacaqlar.

Burada da qalib cütlüklər arasında gələn il fevralın 23-də və martın 6-da keçiriləcək 2 oyunda (ev-səfər) müəyyənləşəcək.

Final turnirində isə 4 komanda iştirak edəcək. Yenə yarımfinal oyunları keçiriləcək.

Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Oyunlar mayda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti