
Azərbaycan çempionatının son qalibi "Araz-Naxçıvan" heyətinə iki futzalçı cəlb edib.
Sportinfo.az xəbər verir ki, bunu Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.
"Komanda istirahətdədir, amma biz işimizi davam etdiririk. Hələ ki, iki yerli futbolçu cəlb etmişik.
"Neftçi" İK-dən Mirzə Əmirov, "Baku Fire"dən isə Fərid Abbasov ilə anlaşmışıq. Legionerlərlə bağlı işlər davam edir.
İstədiyimiz futzalçıların bəzilərindən ilkin razılıq almışıq. Amma hələ ki, rəsmi müqavilə bağlamamışıq", - deyə klub rəsmisi söyləyib.
"Araz-Naxçıvan" Yüksək Liqada 2024/2025 mövsümünün qalibi olub.