Azərbaycanlı məşqçi Finlandiyaya niyə gedib? - FOTO

10 İyun 16:20 Futzal 691
Azərbaycanlı məşqçi Finlandiyaya niyə gedib? - FOTO

Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Baku Fire” klubunun məşqçisi Elvin Quliyev Finlandiyada UEFA tərəfindən təşkil olunan kursu diplomla bitirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis ötən ilin avqustundan etibarən UEFA-nın futzal məşqçiləri üçün təşkil etdiyi kursa qatılıb.

Kursun modullarını uğurla tamamlayan həmyerlimiz UEFA-nı B lisenziyasına sahib olub. Artıq bununla bağlı rəsmi məktub və diplom Finlandiya Futbol Federasiyasından AFFA-ya göndərilib.

Elvin Quliyevin məşqçisi olduğu “Baku Fire” Yüksək Liqanın 2024/2025 mövsümünü gümüş medalla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 18:10 Çək və bizə göndər!
28 İyul 07:10 Bu gün dənizə gedək?
28 İyul 03:20 Gürcülərə də uduzduq