Azərbaycan çempionu baş məşqçisi ilə yeni razılıq əldə etdi

31 May 08:50 Futzal 301
Azərbaycan çempionu baş məşqçisi ilə yeni razılıq əldə etdi

Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.

Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib.

Klubdan verilən məlumata görə, legionerlərdən Giovanny Valerio ilə yeni anlaşma əldə olunub.

Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb.

Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da Olimpik Starda baş tutacaq.

Qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti