"Qarşımıza ən çətin vəzifə qoyulub, amma püşk belə gətirdi"

5 Oktyabr 2022 00:30 Futzal 414
"Qarşımıza ən çətin vəzifə qoyulub, amma püşk belə gətirdi"

"Hazırlığa dünən başlamışıq.

Tam heyət yığışmayıb. Polşa ilə oyun bizim üçün vacibdir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Polşa və Yunanıstana qarşı keçirəcəkləri dünya çempionatının ilkin seçmə oyunlarından əvvəl jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı mütəxəssis ilk qarşılaşmaya yaxşı hazırlaşmaq üçün maksimum çalışacaqlarını bildirib:

"Qarşımıza ən çətin vəzifə qoyulub. Qrupa mərhələsinə Polşaya qarşı görüşlə başlamaq istəməzdik.

Rəqib güclü komandaya malikdir. Amma püşk belə gətirdi. Polşanın aktivində artıq 3 xal var,

Yunanıstana qalib gəliblər. İntizamlı kollektivdir. Qarşıdakı iki oyundan maksimum nəticə əldə etməyə çalışacağıq".

Da Silva Polşanın inkişafda olan komanda olduğunu diqqətə çatdırıb:

"Taktiki baxımından necə oynamalı olduğunu yaxşı bilirlər. Bu gün zəif rəqib yoxdur. Hamı xal qazanmaq istəyir. Bununla belə, bütün komandalar Azərbaycana hörmət edir".

Oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.

Xəbər Lenti