“İmişli” seleksiyaya başladı, icra başçısı isə... FOTOLAR

14 İyul 2022 23:40 Futzal 1 230
“İmişli” seleksiyaya başladı, icra başçısı isə... FOTOLAR

Gələn sezon I Divizionda debüt edəcək “İmişli” seleksiya prosesinə başlayıb.

Aran təmsilçisi bu məqsədlə İmişli Olimpiya Kompleksinin stadionunu seçib.

Ruhid Usubovun nəzarətində çalışmalara start verən “İmişli”nin düşərgəsində hazırda 30-a yaxın futbolçu var. Onların əksəriyyəti Region Liqasında çıxış edənlər və həvəskar statusu daşıyanlardır.

Seleksiya iyulun sonunadək davam edəcək. Bu arada isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin klubun təmsilçiləri ilə görüşü planlaşdırılıb.

Hımin toplantıda “İmişli” ilə bağlı bütün məsələlərə aydınlıq gətirilməsi nəzərdə tutulub.

SPORTİNFO.AZ

Xəbər Lenti