Azərbaycanda pley-off mərhələsin cütlükləri bilindi

23 Aprel 2022 09:20 Futzal 684
Azərbaycanda pley-off mərhələsin cütlükləri bilindi

Futzal üzrə Yüksək Liqada keçirilən 21-ci turla əsas mərhələyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.

Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır.

Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməsə tərəflər penalti seriyasından istifadə edəcək.

1 may
EKOL – Neftçi İK
12:00. Bakı İdman Sarayı.
Araz (Naxçıvan) – Baku Fire
14:45. Bakı İdman Sarayı.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda