“Neftçi” və “Araz-Naxçıvan” böyükhesablı qələbə əldə etdi

03:00 Futzal 501
“Neftçi” və “Araz-Naxçıvan” böyükhesablı qələbə əldə etdi

Futzal üzrə Yüksək Liqada 11-ci turun 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda iddialı “Neftçi” autsayder “Lənkəran”la qarşılaşıb.

Oyun “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 19:0. Digər oyunda lider “Araz-Naxçıvan”la “ilk 3-lük”də yer alan “Baku Fire”lə üz-üzə gəlib.

Əvvəlcə nominal meydan sahibləri ardıcıl 2 qol vurub. Amma fasiləyə qədər lider nəinki status-kvonu bərpa edib, hesabı xeyrinə də dəyişməyi bacarıb.

İkinci hissədə daha çox qol vuran “qırmızı -ağlar” dueldən qalib ayrılıb – 8:3.

Tura şənbə günü keçiriləcək bir oyunla yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Fevral 05:20 Çıxışını başa vurdu