Azərbaycan çempionatının oyunu buna görə təxirə salındı?

25 Oktyabr 2021 00:00 Futzal 496
Azərbaycan çempionatının oyunu buna görə təxirə salındı?

"Araz Naxçıvan"ın EKOL-a qarşı keçirməli olduğu futzal üzrə Yüksək Liqanın V tur matçı qeyri-müəyyən vaxta təxirə salınıb.

Sportinfo.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır.

​Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər Lenti