Federasiya çempionatda çıxış edəcək klubların sayını azaltdı

6 İyul 2021 19:00 Futzal 701
Federasiya çempionatda çıxış edəcək klubların sayını azaltdı

Futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Çempionatda 8 klubun mübariz aparması planlaşdırılır. Bu işə iştirakçı sayının azalması deməkdir. müqayisə üçün deyək ki, ötən sezon yarışmaya 10 komanda qatılıb.

Federasiya rəhbərliyinin say azalmasına getməsinin səbəbi klubların həvəskar səviyyəli fəaliyyət göstərməsi, Yüksək Liqaya qeyri-peşəkar yanaşmasıdır. Belə ki, onların bir neçəsi çempionatın gedişində çıxısını dayandırıb, oyunlara gəlməyib.

“Bakı TFK, “Yasamal İSK” və “Xızı Futzal” budəfəki yarışmadan kənarda qalacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!