"Missiyamı hələ başa vurmamışam" - Millimizin baş məşqçisi

3 İyun 2021 00:42 Futzal 884
"Missiyamı hələ başa vurmamışam" - Millimizin baş məşqçisi

“Müqavilənin daha 1 il müddətinə uzadılmasına şad oldum.

Həm Azərbaycan Futzal Federasiyasının rəhbərliyinə, həm də AFFA İcraiyyə Komitəsinin üzvlərinə etimada görə təşəkkür edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikiləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, hələ missiyasını bitirmədiyini bildirib: "Azərbaycan millisində işləmək mənim üçün xoşdur. Missiyamı hələ başa vurmamışam. Görüləsi çox işimiz var".

Braziliyalı mütəxəssis qarşıda komandasını daha çətin sınağın gözlədiyini vurğulayıb: "Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi.

Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik. Əlbəttə, bizi qarşıda daha çətin sınaq gözləyir.

Yanvarda başlayacaq bu yarışa yaxşı hazırlaşmalıyıq. Mümkün qədər yoldaşlıq oyunları keçirməli, daxili çempionatı bərpa etməli, gücləndirməliyik. Planlarla bağlı federasiya prezidenti ilə söhbətimiz olub.

Təbii ki, insan sağlamlığı ön planda gəlir. Ümid edirəm ki, bəşəriyyət bu bəladan tezliklə qurtulacaq”.

Azərbaycan millisi Joze Alesio Da Silvanın rəhbərliyi altında tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!