Baş məşqçi Zaur Axundovdan nə xahiş etdi? - FOTO

3 May 2021 19:00 Futzal 1 331
Baş məşqçi Zaur Axundovdan nə xahiş etdi? - FOTO

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov millinin baş məşqçisi Joze Alesio Da Silva ilə görüşüb.

Bu barədə Sportinfo.az-a federasiyanın mətbuat katibi Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, görüşdə yığmanın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib.

Həmçinin 2022-ci il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb. Braziliyalı mütəxəssis yığmaya yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.

Azərbaycan millisi Slovakiya, Moldova və Yunanıstanın yer aldığı 3-cü qrupu 16 xalla 1-ci pillədə başa vurub. Komandanın bu çıxışı qarşılığında oyunçulara mükafatlar nəzərdə tutulub:

«Federasiya prezidenti ilə baş məşqçinin görüşündə bir çox məsələlər müzakirə olunub: komandanın çıxışı, Slovakiya ilə səfərdə 1:1 qurtaran oyun, düşərgədəki zədəlilər və s. millinin pandemiya səbəbindən xeyli problemlə üzləşdiyi qeyd olunub.

Bilirsiz ki, komanda 10 aya yaxın idi zalda məşq eləmirdi. Yalnız AFFA və Zaur müəllimin səylərindən sonra yığmanın məşqləri bərpa etməsinə icazə alındı.

Bu da seçmə mərhələnin startından təqribən 10 gün əvvələ təsadüf elədi. Belə bir vaxtda güclü rəqibərlə seçmə mərhələyə başlamaq çətinlikləri bir qədər də artırırdı.

Buna baxmayaraq, komanda qarşıya qoyulan məqsədə nail oldu. Qrup lideri kimi Avropa çempionatına vəsiqə əldə etmək həqiqətən böyük uğurdur.

Baş məşqçi federasiya rəhbərliyindən çempionata hazıırlıq məqsədilə təlim-məşq toplanışlarının və yoxlama oyunlarının təşkilinə yardımçı olmağı xahiş edib. O da bu ilin payızında keçirilməlidir.

Zaur Axundov Joze Alesioya bildirib ki, federasiya milliyə maksimum dərəcədə şərait yaratmağa çalışacaq. Təbii ki, bu da payızda ölkədə pandemiyanın səviyyəsindən asılıdır. Mükafatın məbləğinə gəlincə, bu barədə mətbuata açıqlama veriləcək».

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"