Prezident komandasını bu vəziyyətdə də tək qoymadı... FOTOLAR

02:00 Futzal 3 616
Prezident komandasını bu vəziyyətdə də tək qoymadı... FOTOLAR

Futzal üzrə Azərbaycan Kubokunun finalı keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və PFL komandaları üz-üzə gəlib.

PFL “Araz-Naxçıvan”ı 7:1 hesabı ilə məğlub edib.

Matçda PFL komandasına məşqçiliyi qurumun prezidenti Elxan Səmədov edib. O, oyunla bağlı fikirlərini söyləyib:

“Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, “Araz Naxçıvan”la oynamaq artıq fəxrdir. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu. “Araz-Naxçıvan”da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı. Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir.

Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm”.

Ötən ilin dekabr ayında Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – MOİK matçının təşkilati işləri ilə əlaqədar Xankəndiyə səfər edərkən PFL-in rəhbər heyətinin yer aldığı avtomobil Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qəzaya uğramışdı.

Bu hadisəyə qədər E.Səmədov PFL-in komandasında oynayan məşqçi funksiyasını daşıyırdı. Qəzadan sonra bərpa prosesi hələ də davam edən qurumun prezidenti hazırkı durumuna baxmayaraq ehtiyat oyunçular skamyasında yer almaqla komandaya rəhbərlik edib (qafqazinfo).

Kubok finalından görüntüləri təqdim edirik:

Fotolar: Xəyal Vəlizadə










Digər Xəbərlər
Xəbər Lenti