Qarabağın bu hissəsinə qayıdışın tarixi bilindi

20 Mart 2023 03:50 Bizimkilər 1 228
Qarabağın bu hissəsinə qayıdışın tarixi bilindi

Xəbər verdiyimiz kimi Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.

Əli Əsədov qeyd edib ki, Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur. Həmçinin Hadrut və Tuğda da məskunlaşmaya start veriləcək.

Baş nazirin sözlərinə görə, ötən il YAŞAT Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib.

Təqdim olunan hesabatda bildirilir ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib.

Fondun təşəbbüsü ilə şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib:

“2022-ci il ərzində dövlət büdcəsindən vahid aylıq müavinət kimi 473,3 min nəfər məcburi köçkünə ümumilikdə 322899,7 min manat məbləğində vəsait ödənilib”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"