"Hazırda klubla müqaviləmi yeniləməməyə qərar vermişəm"

3 May 2020 10:20 Fransa 744
"Hazırda klubla müqaviləmi yeniləməməyə qərar vermişəm"

“Nitsa” ilə müqaviləsi iyunda başa çatacaq Malanq Sarrın klubdakı gələcəyi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu Fransa klubundan ayrılacaq.

Fransalı 2016-cı ildən “Nitsa”da çıxış edir. Bununla bağlı o, “Telefoot”a açıqlamasında bildirib: “Hazırda klubla müqaviləmi yeniləməməyə qərar vermişəm.

Mövsümün necə yekunlaşacağını görüb, ondan sonra dəqiq qərar vermək istəyirəm. Hazırda hansısa təklif, seçim yoxdu. Amma Avropada başqa maraqlı çempionatlar da var. İndi dəqiq qərar verməmişəm, klubların idman layihələrinə və oyun zamanıma diqqət edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti