Fransız bunu etiraf etdi: "Qarabağ" bizdən güclü idi"

3 Noyabr 2022 13:40 Fransa 646
Fransız bunu etiraf etdi: "Qarabağ" bizdən güclü idi"

"Qarabağ"la oyun çətin oldu. Çünki rəqib bizdən güclü idi".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.

Evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri V tur matçını şərh edən 59 yaşlı mütəxəssis bildirib ki, futbolda nəticə hər şeydən vacibdir:

"Bunu yaxşı oynayıb qalib gələ bilmədiyimiz matçlardan öyrənmişik. Gördüyümüz işdə irəliləyiş əldə etmək istəyiriksə, oyuna daha çox nəsarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik. Bunu "Qarabağ"a qarşı görüşdə də gördük".

Bu gün keçiriləcək "Olimpiakos" - "Nant" oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR