"Futbolçumuz bütün gecəni şokda olub"

22 Noyabr 2021 15:20 Fransa 822
"Futbolçumuz bütün gecəni şokda olub"

Fransa çempionatında daha bir insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Lion” – “Marsel” qarşılaşması yarımçıq dayandırılıb.

Bu dəfə də azarkeşlərin ucbatından. “Lion” fanatları “Marsel”in futbolçusu Dimitri Payetin başına butulka atıblar futbolçu xəsarət alıb, hakim isə təhlükəsizlik tədbirlərini əsas gətirərək oyunu dayandırıb.

“Marsel” rəsmisi Jak Kardoz Payetin durumu haqda məlumat verib:

“O, bizimlə birgə Marselə qayıtdı. İnanmazsız, futbolçumuz bütün gecəni şokda olub. Həkimlər onu iki dəfə yoxlayıblar. Böyük ehtimalla, onun kəllə sümüyü zədələnib.

Məncə, hakimin qərarı da ədalətli idi. Onun mövqeyi aydın idi, ədalətli oyun qaydalarına riayət etmək mümkün olmayacaqdı.

Oyunu necə davam etdirmək olar ki, əgər sizin ən yaxşı futbolçularınızdan biri xəsarət alıb?”

“Lion” – “Marsel” oyunu başlayandan 2 dəqiqə sonra dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı