Azərbaycan klubu “Barselona”dan baş məşqçi gətirir? - SON DƏQİQƏ

16:30 Gündəm 661
Azərbaycan klubu “Barselona”dan baş məşqçi gətirir? - SON DƏQİQƏ

Juliano Belletti Azərbaycana gələ bilər.

Vaxtilə futbolçu kimi «Barselona»nın formasını geyinmiş (2004-2007), hazırda isə bu klubun «B» komandasını çalışdıran braziliyalı «İmişli»nin gündəmindədir.

Premyer Liqada ikinci mövsümünü keçirməyə hazırlaşan aranlılar 50 yaşlı mütəxəssislə danışıqları davam etdirir.

Bir il öncə «Barsa»nın U-19-unu çempion eləmiş çalışdırıcının ölkəmizə təşrif buyurmaq ehtimalı nə qədərdir? Hələlik qəti fikir söyləmək olmaz.

Görüşmələr yarımçıq bitə də bilər, əksi də. Hər şey mümkündür. Bilinən odur ki, «İmşli» rəhbərliyi Belettini iş başına gətirmək üçün hər cür fədakarlığa hazırdır.

2001-2005-ci illər aralığında Braziliya millisinin şərəfini qorumuş «sambaçı» məşqçilik həyatına 2023-cü ildə yerli «Sao Paulo»da (U-20) başlayıb və oradan «Barsa»ya yollanıb.

«İmişlli» ötən mövsüm Jorj Kaşkilyanın xidmətindən imtina edib. Portuqaliyalı debütantı turnir cədvəlinin doqquzuncu pilləsində təhvil verib və ayrılıb.

Şərtlər üst-üstə düşmədiyindən, müqaviləsinin müddəti uzadılmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti