Yaxın günlərdə “Qarabağ”da növbəti ayrılıq yaşanacaq.
Fabyan Buntiç “köhlən atlar”ı tərk edəcək.
Xorvatiyalı qapıçı ilə uzun sürən danışıqlar müsbət nəticə verib.
Təzminat məsələsində ümumi razılıq əldə olunandan sonra klubla 2027-ci ilə qədər müqaviləsi olan Buntiç “Qarabağ”dan ayrılmağa razılıq verib.
Ağdam təmsilçisi yaxın 2-3 gün ərzində ayrılıq xəbərini rəsmən bəyan edəcək.
2024-cü ildən ağdamlıların sıralarında olan 29 yaşlı qapıçı bu müddətdə 22 oyunun iştirakçısı olmaqla 24 dəfə məyus olub.
“Köhlən atlar” ötən günlər ərzində 5 nəfərlə sağollaşıb.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae və Kevin Medina düşərgəni tərk edənlərin sırasındadır.
HƏBİB / SPORTİNFO.AZ

