“Mançester Siti” və “Çelsi” arasında Enzo Mareskanın baş məşqçi təyinatı ilə bağlı təzminat məsələsində razılıq əldə olunmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
London klubu italiyalı mütəxəssisin hələ “Çelsi”də işlədiyi dönəmdə “Mançester Siti” ilə danışıqlar apardığını və bunun müqavilə şərtlərinin pozulması olduğunu hesab edir.
“Çelsi”nin əlində məşqçi ilə Mançester təmsilçisi arasında icazəsiz təmasları təsdiqləyən sübutların olduğu bildirilir.
“Çelsi” hüquqi addımlar atmaq variantını nəzərdən keçirsə də, məsələni məhkəməyə daşımadan həll etməyə üstünlük verir. Gözlənilir ki, təzminatın məbləği 11,5 milyon avrodan çox olacaq.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Mareska isə yeni klubunda işə mümkün qədər tez başlamağı planlaşdırır.

