Niderland İsveçə “toy tutdu”

21 İyun 00:30 Dünya çempionatı 369
Niderland İsveçə “toy tutdu”

Dünya çempionatının Niderland - İsveç oyunu başa çatıb.

Sportinfo.az xəbər verir ki, Hyuston stadionunda keçirilən F qrupunun II turunun matçında Niderland millisi böyük hesabla qələbə qazanıb - 5:1.

Niderland millisinin heyətində Brayan Brobbi (5, 17) və Kodi Qakpo (47, 54) dubla imza atıblar.

Daha bir qolu isə Krisensio Sammervill 89-cu dəqiqədə rəqib qapısından keçirib. İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub.

Beləliklə, Niderland 4 xalla ilk pilləyə yüksəlib.

Niderland - İsveç 5:1

Qollar: Brayan Bobbi, 6 (1:0), Brayan Bobbi, 17 (2:0), Kodi Qakpo, 47 (3:0), Kodi Qakpo 54 (4:0), Entoni Elanqa, 59 (4:1), Krisensio Sammervill, 89 (5:1)

Digər Xəbərlər
Xəbər Lenti