İlkin Fikrətoğlu: Dağ boyda problem daşıyan "Kəpəz" - VİDEO

20 İyun 20:40 Kəpəz 671
İlkin Fikrətoğlu: Dağ boyda problem daşıyan "Kəpəz" - VİDEO

“Kəpəz” adını daşıdığı dağ boyda problem daşıyır.

Bu klubu sanki ya qarğıyıb, ya tilsimləyiblər.

2022/2023-ci il mövsümündən – Gəncə futbol elitasına qayıdandan “Kəpəz” artıq dördüncü mövsümdür ölüm-zülüm birtəhər liqada yerini qoruyur.

Hər dəfə eyni səhvlər daha ağır formada təkrarlanır. Bu kluba normal bir idarəci, rəhbər tapılmır ki, bütün ipləri çəkib əlində cəmləsin.

Bəzi azarkeşlər əvvəlki rəhbər İlqar Nadirni bəyənmirdi, amma indikiləri görəndə ona şükür etməlidirlər. Hec olmasa, İlqar bəy “Kəpəz”in maliyyə baxımından lap ağır dönəmində şəxsi əlaqələrindən, münasibətlərindən istifadə edib, klubu ayaqda saxlaya bilmişdi.

Ötən yaydan bu yaya klubun rəhbərliyində o qədər anlaşılmaz, qəfil dəyişikliklıər oldu ki, kimin əli kimin cibindədir, müəyyənləşdirmək olmur.

Mayda geniş biznes şəbəəsi olan Namiq Qədirov klubun İdarə Heyətinin sədri seçildi. Fərman Əlizadə sədrin idarəçilik, Erkin İbrahimov idman məsələləri üzrə müşaviri təyin olundu.

Cəmi 2 ay ərzində Qədirov “Kəpəz”də qədirbilməz adamların əlindən bezib, klubdaxili intriqaları görüb, səhv yerə gəldiyini anladı və sədrlikdən istefa verdi.

O günlərdə “Kəpəz”sevərlər müşavir postuna gətirilmiş menecer Erkin İbrahimovu “yıxıb-sürüyürdü” ki, faydasız legionerləri transfer etməklə kluba zərbə vurur.

Tezliklə Erkin İbrahimov da buradan getməli oldu. Həmin vaxt İdarə Heyətinin sədri postunda Erkin İbrahimovun yaxın qohumu idi.

Namiq Qədirovu - SOCAR-da yüksək postlar tutmuş Adil Vəliyev əvəzləmişdi. Amma belə rəhbərlik olmur axı…

“Kəpəz”dəkilər aylarla Vəliyevin üzünü görmürdülər, klubu faktiki olaraq İdarə Heyətinin üzvü Fərman Əlizadə idarə etməkdədir.

Rəhbərlikdə bu əldəyişmələr “Kəpəz”in turnir cədvəlindəki çıxışında əksini tapırdı.

İlk 5 turun hamısında uduzan Adil Şükürov baş məşqçi postundan göndərildi və “Kəpəz”də ikinci Adil Şükürov-Azər Bağırov əvəzlənməsi reallaşdı.

Bir necə ay əvvəl klubu liqada saxlayan Azər Bağırova qapını göstərmiş “Kəpəz” rəhbərliyi bu dəfə az qala minnətçi düşərək, 41 yaşlı məşqçini geri qaytardılar.

Azır Bağırov isə ardıcıl ikinci mövsüm “Kəpəz”i ölü vəziyyətdə alıb, diri təhvil verdi. “Qarabağ” üzərində 2 qələbə, çempion “Sabah”la oyunda qalibiyyət - Azər Bağırovun bu mövsümdəki möcüzələrindəndir.

“Kəpəz”i liqada saxlayan da elə iddialı rəqiblərdən qopardığı xallar oldu.

Sonda turnir cədvəlində “Qəbələ” ilə xallar eyni olsa da, çempionatın reqlamentinə əsasən, belə vəziyyətdə qələbə sayı əsas götürüldü və bu göstəricidə onları qabaqlayan “Kəpəz” pley-off oynamaqdan canını qurtardı.

Azər Bağırov isə yenə ötənilki kimi “Kəpəz”dən ayrıldı. Fərq ondadır ki, bu dəfə klub göndərmədi, özü getdi.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti