Dünya çempionatında F qrupunun II turunun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Niderland millisi İsveçlə qarşılaşıb.
Görüş Niderlandın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Brayan Brobbi və Kodi Qakpo dubl edib. Digər qolu isə Kraysensio Summervill vurub.
İsveçin yeganə qolunu Entoni Elanqa vurub.
Bu nəticədən sonra Niderland turnirdə ilk qələbəsini qazanıb. İsveç isə ikinci oyunda ilk məğlubiyyətini alıb.

