“Nyukasl” hücumçusu Nik Voltemade ilə yolları ayıra bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard bu yay yüksək ehtimalla, komandadan ayrılacaq.
Hazırda futbolçu ilə “Borussiya” (Dortmund), “Atletiko” və “Aston Villa” kimi klublar maraqlanır.
“Sağsağanlar” oyunçunu satmağa açıqdır və onun üçün təxminən 65 milyon avro tələb edir. Ancaq maraqlanan klublar daha çox icarə və satınalma şərti ilə transfer variantını düşünür.
“Nyukasl” ötən yay Voltemadeni 75 milyon avroya transfer etmişdi. Almaniyalı hücumçu komandanın heyətində 51 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

