“Qarabağ” axtarıb tapdı - O olmasın, bu olsun!

09:00 Qarabağ 317
“Qarabağ” axtarıb tapdı - O olmasın, bu olsun!

Ötən gün xəbər verdiyimiz kimi, “Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.

Bolqarıstandan MOİK-ə qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi MOİK-in əvəzinə yeni rəqib də tapıb.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

İyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.

Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.

Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!