Deniz son dəqiqədə Almaniyaya 3 xal qazandırdı

21 İyun 02:10 Dünya çempionatı 505
Deniz son dəqiqədə Almaniyaya 3 xal qazandırdı

Dünya çempionatında E qrupunun II turunun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Almaniya millisi Fil Dişi Sahili ilə qarşılaşıb.

Görüş Almaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Fil Dişi Sahili 30-cu dəqiqədə Frank Kessyenin qolu ilə hesabı açıb.

Almaniya 86-cı dəqiqədə Deniz Undavın qolu ilə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə yenidən fərqlənən Undav komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Almaniya qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Almaniya - Fil Dişi Sahili 2:1

Qollar: Frank Kessye, 30 (0:1), Deniz Undav, 68 (1:1), 90+4 (2:1)

Digər Xəbərlər
Xəbər Lenti