Çəkisini sala bilmədi, "Böyük Dəbilqə"də iştirak etmədi - Hidayət Heydərov

21 İyun 03:50 Cüdo 336
Çəkisini sala bilmədi, "Böyük Dəbilqə"də iştirak etmədi - Hidayət Heydərov

Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.

O, daha əvvəl bu ilin fevralında, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində də eyni halla üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 18:10 Çək və bizə göndər!