Maqnus Karlseni ŞOK edən azərbaycanlının sevincli anları - VİDEO+FOTOLAR

02:40 Şahmat 84
Maqnus Karlseni ŞOK edən azərbaycanlının sevincli anları - VİDEO+FOTOLAR

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

21 yaşlı Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib.

Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası 36 yaşlı Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.

“WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.






Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!
20 İyun 03:50 Macarıstana uduzduq