Bu da Ukrayna klubunun “Qarabağ”a ödəyəcəyi TRANSFER MƏBLƏĞİ!

20 İyun 19:00 Qarabağ 3 571
Bu da Ukrayna klubunun “Qarabağ”a ödəyəcəyi TRANSFER MƏBLƏĞİ!

“Qarabağ”dan ayrılan Leandro Andrade karyerasını Ukraynada davam etdirəcək.

Cinah yarımmüdafiəçisi “Polessye” ilə razılığa gəlib.

Leandronun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsinin olması təmsilçimizin məlum transferdən gəlir əldə edəcəyinə şübhə yeri qoymur.

İki klub arasında davam edən danışıqların sonunda Jitomir klubu “köhlən atlar”ın 3 milyin avroluq tələbinə “hə” deyib.

“Qarabağ” bu keçiddən 3 milyon avro əldə edəcək.

2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.

“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb.

Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə