"Qarabağ"dan Norveçə yollandı, meydana çıxmadı, üzünü İsrailə tutdu - FOTO

21 İyun 09:00 Qarabağ 857
"Qarabağ"dan Norveçə yollandı, meydana çıxmadı, üzünü İsrailə tutdu - FOTO

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Kris Kuaku İsraildə oynayacaq.

Sportinfo.az xəbər verir ki, qışda Ağdam klubunu "Saprsborq"a dəyişmiş Fil Dişi Sahilindən olan futbolçu Norveçdə oyuna çıxmadan ayrılıb.

Onun yeni iş yeri "İroni Tiberias" olub. Kris İsrailin yüksək liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu. Kot-d"İvuarlı bütün turnirlərdə 19 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!