Buna görə DÇ tarixində ilk dəfə o, “qırmızı” aldı - HƏMİN VİDEO

21 İyun 10:40 Dünya çempionatı 424
Buna görə DÇ tarixində ilk dəfə o, “qırmızı” aldı - HƏMİN VİDEO

Dünya çempionatında ilk dəfə tətbiq edilən yeni qayda Türkiyə-Paraqvay oyununda tarixə düşən qərarla nəticələnib.

Sportinfo.az xəbər verir ki, Paraqvay millisinin futbolçusu Migel Almiron ilk hissəyə əlavə olunmuş 45+3-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Hakimin bu qərarı verməsinə səbəb Almironun Türkiyə millisinin müdafiəçisi Mert Müldürlə mübahisə zamanı əli ilə ağzını örtərək danışması olub.

FIFA-nın bu mundialdan qüvvəyə minən yeni qaydalarına əsasən, oyunçuların bu cür hərəkəti qadağan edilib və birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.

Beləliklə, Migel Almiron Dünya Çempionatında bu qayda əsasında qırmızı vərəqə alan ilk futbolçu kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti