İlk dəfə liqada çıxış edəcək rayon klubunda yeni baş məşqçi

21 İyun 12:20 II Divizion 2 437
İlk dəfə liqada çıxış edəcək rayon klubunda yeni baş məşqçi

«Marafon»a yeni baş məşqçi təyin olunub.

Növbəti mövsümdə II Liqada çıxış edəcək komanda Ceyhun Cavadova tapşırılıb.

Sabirabad təmsilçisi onunla 1 illik müqavilə imzalayıb.

«Marafon» başa çatan mövsümü Region Liqasında keçirib. Aranlılar yarışın finalında «Zəngəzur»la qarşılaşıb və 1:2 hesabıyla uduzub.

Bununla belə, sabirabadlılar II Liqaya vəsiqə qazanıb. Və bu da rayonun futbol tarixində bir ilkdir.

«Marafon» baş məşqçi kimi Ceyhun Cavadovun ilk iş yeridir. Əslən Xızı rayonundan olan gənc mütəxəssis son olaraq «Xankəndi»də Zaur Hacıyevin köməkçisi işləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"