"Qarabağ" növbəti transferini reallaşdırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiya "Riyeka"sı ilə danışıqları uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç transfer olunub.
Bosniya və herseqovinalı ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandada 23 nömrəli formanı geyinəcək.
"Şiroki Briyeq"in yetirməsi 2017-ci ildə əsas komandada debüt edib. 2021-ci ildə "Riyeka"ya keçib.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir.
Burada 3 oyuna çıxan M. Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovinanın heyətində yer alıb.
Martin Zlomisliç yay transfer pəncərəsində "Qarabağ"ın beşinci transferidir.
Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa "Qarabağ"a qoşulub.
