Yığmamız Avropa Liqasında mübarizəni dayandırdı

03:10 Voleybol 71
Yığmamız Avropa Liqasında mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni başa vurub.

Sportinfo.az xəbər verir ki, Şimali Makedoniyanın ev sahibliyi ilə keçirilən 3-cü turun son qarşılaşmasında komandamız İsveçrə yığması ilə üz-üzə gəlib.

Strumitsa şəhərində təşkil olunan görüşün qalibi İsveçrə millisi olub.

Millimiz Avropa Liqasında ümumilikdə 6 oyun (Azərbaycan - İsveç 0:3, Azərbaycan - Estoniya 3:0, Azərbaycan - Şimali Makedoniya 3:0, Azərbaycan - İspaniya 1:3, Azərbaycan - İsrail 3:0, Azərbaycan - İsveçrə 0:3) keçirib. Komandamız yarışı 3 qələbə, 9 xalla başa vurub.

Reqlamentə əsasən, yarışda iştirak edən 24 komandadan ilk dörd pilləni tutanlar dördlər finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun -12 iyul tarixlərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!
20 İyun 03:50 Macarıstana uduzduq