"Fərqləndirmək istəməzdim, amma "Qarabağ" favorit görünür"

21:00 Qarabağ 226
"Fərqləndirmək istəməzdim, amma "Qarabağ" favorit görünür"

Azərbaycan millisinin sabiq üzvü Elvin Məmmədov Sportinfo.az-a açıqlama verib.

Gənc mütəxəssis klublarımızın avrokuboklardakı rəqiblərini dəyərləndirib və gözləntilərini bizimlə bölüşüb:

"Avropa oyunları tam fərqli olur. Rəqibdən asılı olmayaraq ilk oyunlar həmişə ağır olur. Oyundan-oyuna daha yaxşı forma yığmaq mümkündür. Ona görə də bir neçə oyun izlədikdən sonra daha rahat danışmaq mümkündür.

Təki 4 klubumuz da liqa mərhələsində iştirak etsin. Heç birini fərqləndirmək istəməzdim. Təbii ki, təcrübəsinə görə "Qarabağ" favorit görünür.

Bütün klublarımıza uğurlar arzu edirəm. İnşallah, hamısı yaxşı uğurları ilə futbolsevərləri sevindirər. Alınan hər yaxşı nəticə Azərbaycan futboluna yeni güc və reytinq artırması deməkdir".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti